Müğənni Selena Qomez ötən gün London küçələrində görüntülənib.Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı ifaçı bir gündə 3 dəfə obraz dəyişib.
Belə ki, qatıldığı hər tədbirə müxtəlif paltar geyinən Selena aksessuar və saç düzümü ilə də heyrətləndirib.
O, radio verilişlərindən birinə qara sarafan və ağ koftada, geyim dükanlarından birinə qara güllü paltarda gedib və oradan mavi qısa libasda çıxıb.
Qomezin hər 3 obrazı sevənləri tərəfindən bəyənilib.