Aktyor Burak Özçivit aktrisa həyat yoldaşı Fahriye Evcenlə birlikdə kafedən çıxarkən görüntülənib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistləri görən Özçivitin əhvalı dəyişib. O, müxbirlərin müğənni Murad Bozla küsülü olub-olmaması ilə bağlı sualına əsəbiləşib.
Hirslənən Burak “Elə şey yoxdur” deyərək jurnalistlərdən uzaqlaşıb.
Aktyor “Onu niyə İnstaqram izləməsindən çıxarmısınız” sualına isə heç bir cavab verməyib.