Prezident ailəsi ilə Fəxri Xiyabanda - fotolar

Prezident ailəsi ilə Fəxri Xiyabanda - fotolar
4262 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyev Heydər Əliyev məzarı önünə əklil qoyub.

Sonra dövlət himni səslənib.

Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb. Ziyarətdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 14 il keçir