Nümunəvi cütlük bayram gecəsində əl-ələ - fotolar

Nümunəvi cütlük bayram gecəsində əl-ələ - fotolar
2863 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş futbolçu Devid Bekhemlə dizayner həyat yoldaşı Viktoriya Bekhem Milad bayramına qatılıblar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük “Vogue” jurnalının redaktoru Edvard Enninfulun təşkil etdiyi gecəyə əl-ələ yollanıb. Qırmızı libas, yaşıl sırğa, açıq-yaşıl ayaqqabı və çanta ilə şıq obraz yaradan 43 yaşlı Viktoriya sinə dekoltesinə üstünlük verib. Devid isə gecə üçün bej rəngli geyimə üstünlük verib.

Qeyd edək ki, 18 ildir, ailə quran və 4 uşağı olan Devidlə Viktoriya nümunəvi cütlük kimi göstərilir.