Məşhur dizayner Piter Dundas azərbaycanlı biznes-ledi Aysel Trudelin “Aizel” butikində yeni kolleksiyasını nümayiş etdirib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “Emilio Pucci” və “Roberto Cavalli”nin keçmiş yaradıcı direktoru bu il Parisdə keçirilən Moda Həftəsində şəxsi brendi “Dundas”ın ilk koleksiyasını təqdim edib. İlk reklam kampaniyasının siması isə model Sara Sampayo olub.
Moskvada “Elle” jurnalının təşkilatçılığı ilə keçirilən gecədə rus şou-biznesinin məşhur simaları iştirak edib. Onlar arasında Yana Rudkovskaya, Ani Lorak, Yekaterina Muxina, Zara və başqaları da olub.
Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” mağazalarının sahibidir. 39 yaşlı azərbaycanlı biznes-ledinin həyat yoldaşı kanadalı memar Lui Trudeldir. Cütlüyün iki övladı var.