"Bir müddət məndən parodiya istəməsinlər" - Xatundan fotosessiya

"Bir müddət məndən parodiya istəməsinlər" - Xatundan fotosessiya
5794 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun Əliyeva növbəti ilə yenilikləriylə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, müğənni 2018-ci il üçün iş rejiminin indidən qurulduğunu deyib:

“Bəlkə bir az səbrsiz davrana bilərəm...Çünki yeni il gəlməmiş belə sürpriz çıxışlara hazırlaşıram.Məncə yeni mahnılarım hər kəsin marağına səbəb olacaq,hər çıxışım tamaşaçıda ayrı bir maraq oyadacaq. 2018 iş rejimim isə demək olar ki,indidən qurulub.Hələ ki,tam açıqlamaq istəmirəm amma yeni mahnılarla yanaşı ciddi layihə planlayırıq komanda olaraq.Bölgələrdən mənə olduqca çox istək gəlir,yaya turne planlarımız var və ən əsası il sonunda Allahın izni ilə nəzərimizdə möhtəşəm solo konsert proqramı var”.
 
Xatun uzun müddət efirlərdə parodiya etməməsinin səbəblərinə aydınlıq gətirib. O, buna görə yaranan söz-söhbətlərə əhəmiyyət vermədiyini deyib:
 
“Məni söz-söhbətlər heç vaxt yormur. Nə qədər uğurlu işlər görsən də, arxanca danışan mütləq tapılır.Məni belə müzakirələr ruhdan salmır. Çünki mən bu zamana kimi yalnız bacardığım işləri görmüşəm. Parodiyanı da uğurlu etdiyimə inanıram.Tamaşaçımın üzündəki gülüş süni deyilsə, demək ki,bu işi də gözəl bacarıram.

Sadəcə bir müddət parodiya etməməyə qərar vermişəm və mümkünsə dəvət olunduğum tədbirlərdə,verilişlərdə aparıcılar məndən parodiya etməyimi istəməsinlər”.


 
X.Əliyeva özünü həm güclü, həm də şanslı qadın adlandırıb:
 
“Ən azından məni tanıyan bilir ki,mənim heç bir uğurum əziyyətsiz alınmayıb.Mənim populyarlığım mənim şansımdır.Amma o şansı Allah mənə çəkdiyim əziyyətin qarşılığında verib.Allahımdan həmişə razıyam,hər zaman şükür etmişəm mənə bu sevgini bəxş edib. Bundan sonra da tamaşaçımın qarşısına gözəl işlərlə çıxacağam”.

Sənətçi şəxsi həyatından danışmağı sevmədiyini deyib:
 
“Mənim şəxsi həyatım sadəcə özümü və ailəmi maraqlandırmalıdır. Mən şəxsi həyatı ilə gündəmə gələn sənətçilərdən deyiləm”.


 
Xatun Əliyeva sənətdə qalxmaq istədiyi zirvədən də danışıb:
 
“Mənim üçün sənətdə ən gözəl zirvə xalqın sevgisi və alqışıdır. Düşünürəm ki,mən o zirvəyə artıq çatmışam.Allah məni sevənlərimin,tamaşaçılarımın gözündən salmasın.Onların sevgisinə həmişə layiq olmağa çalışacam.Son zamanlarda onların istəyini daha çox hiss edirəm və işləmək üçün onlardan müsbət enerji alıram...Qalan bütün pillələr,zirvələr gördüyümüz işlərə,göstərdiyimiz performanslara görə aldığımız mükafatlardır.Xalqın sevgisini yaşamaq qədər gözəl hiss yoxdur”.