Əməkdar artist Zöhrə Abdullayevanın ad günü olub.
Axşam.az-ın məlumatına görə, müğənni 65 yaşını təmtəraqlı şəkildə qeyd edib.
Z.Abdullayeva şəhər restoranlarından birində keçirdiyi məclisə şou-biznes nümayəndələrini, iş adamlarını dəvət edib.
Gecədən fotolar qonaqlar tərəfindən sosial şəbəkədə paylaşılıb.