Aparıcı Esra Erolun bacısı Eda Eroldan ayrılan Alişanın yalnızlığı qısa çəkib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı “Dostlar məhəlləsi” serialının çəkilişləri zamanı tanış olduğu aktrisa Buse Varolla eşq yaşayır.
Cütlüyün ilk səmimi fotoları da yayılıb. Çəkiliş meydançasında üşüyən Buseni qucaqlayaraq poz verən Alişan fotolarını sosial şəbəkədə paylaşıb.