Ötən gün Mehmet Günsür və Bige Önalın baş rollarda çəkildiyi “Martıların efendisi” filminin qalası keçirilib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecədə diqqətçəkən məqam ayrıldıqları deyilən aktyor Aras Bulut İynemli ilə aktrisa sevgilisi Bige Önalın əl-ələ təqdimata qatılması olub.
Xatırladaq ki, rol aldıqları layihələrdə sevişmə səhnələri üzündən davaları düşən Arasla Bigenin ayrıldığı deyilirdi.