55 minlik çanta, 10 minlik eynək - üzərində sərvət daşıyır
Dünya
10:09 / 22.12.17
3677dəfə oxunub
A-
A
A+
Hər zaman geyim tərzi ilə diqqət çəkən müğənni Bülent Ersoy bu dəfə də bunu bacarıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, məkanların birində dostları ilə şam edən ifaçı başdan-ayağa sarılar içində olub. Sarı paltosu və eyni rəng aksesuarları ilə görüntülənən Ersoy üzərində sərvət daşıyıb.
Belə ki, müğənninin “Fendi”dən olan çantası 55 min lirə (təxminən 22 min 500 manat), “Dolce Gabanna”dan olan eynəyi isə 10 min lirə (təxminən 5 min manat) dəyərində olub.