Dəri libas, qırmızı dodaq boyası - Rihannanın seksual obrazı
Dünya
23:24 / 23.12.17
4906dəfə oxunub
A-
A
A+
2017-ci il Rihanna üçün düşərli oldu: əvvəla, o, planetin ən dəbli xanımı statusu aldı, ikincisi isə ərəb milyarder Həsən Cəmillə sevgili oldu.
Axşam.azxarici mediaya istinadən xəbər verir ki, müğənni ötən gün dostları ilə əyləncəyə gedərkən görüntülənib. Başdan-ayağa qara geyinən Rihanna qırmızı dodaq boyası və dəri libas seçimi ilə seksual obraz yaradıb.
Saçını toplayan ifaçı dekoltesindən də qalmayıb. Əhvalı yüksək olan Rihanna paparassiləri salamlayaraq məkana daxil olub.