Ailə qurduqdan sonra karyerasına son qoyan aktrisa Özgü Namal ilk dəfə uşaqları ilə birlikdə görüntülənib. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, terapevt Sərdar Oralla ailə qurduqdan sonra Muğlaya köçən aktrisa Nişantaşında kameralara tuş gəlib. Özgü 2 yaşlı oğlu Nəfəs və 1 yaşlı qızı Elem Su ilə birlikdə alış-veriş edib. Namalın uşaqları ilə ingiliscə danışması diqqət çəkib.
Xatırladaq ki, Özgü hər iki övladını evdə hipnoz üsulu ilə dünyaya gətirmişdi.