Yeni il ona düşərli oldu - ərə gedir

Yeni il ona düşərli oldu - ərə gedir
3900 dəfə oxunub
  • A-
  • A
  • A+
36 yaşlı dicey-aktrisa, “Hilton” otellər şəbəkəsinin varisi Peris Hilton nişanlanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Perisin sevgilisi, 32 yaşlı aktyor Kris Zilka ona ötən gün evlilik təklifi edib.

Hazırda Aspendə qış istirahətində olan Hiltona sevgilisi sürpriz hazırlayıb. Qar üzərində sürüşən zaman aktrisaya üzük verib “Mənimlə evlənərsən?” deyən Kris Perisi şoka salıb.

Bir müddət sevincindən özünü itirən Peris daha sonra “Hə” cavabı verib.

Bildirilir ki, Krisin perisə aldığı üzüyün yarım milyon funt dəyəri var.