90 kiloqram arıqlayan aktrisa gəlinlik geyindi - fotolar

90 kiloqram arıqlayan aktrisa gəlinlik geyindi - fotolar
3762 dəfə oxunub
  • A-
  • A
  • A+
4 ildə 90 kiloqram arıqlayan aktrisa Pelin Öztekin “BeStyle” dərgisinin Wedding bölməsi üçün fotokamera qarşısına keçib.
 
Axşam.az xəbər verir ki, ağ gəlinlik geyinən aktrisa arıqlamasından danışıb:
 
“Əslində, bu dəyişiklik heç vaxt ağlıma gəlməzdi. Çünki kök olarkən özümü xoşbəxt hiss edən biri idim. 27 yaşımda günə 5 ədəd dərmanla başlayana kimi belə hesab edirdim. Bir çox xəstəliklərim olduğunu görüb “Hələ 27 yaşım var, bir azdan necə olacaq” deyə öz-özümə sual verdim. Mədəkiçiltmə əməliyyatı bu 4 ildə verdiyim 90 kiloqramın sadəcə 55-60 kiloqramına kömək oldu. 30 kiloqramı öz iradəmlə atmışam. Bu yay keçirdiyim əməliyyatla arıqladıqdan sonra yaranan dəri sallanmalarını aradan götürtdüm”.