Los-Ancelesdə keçirilən 75-ci “Qızıl Qlobus” mükafatlandırma gecəsi maraqlı məqamla yadda qalıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Ancelina Coli, Emma Stoun, Emiliya Klark, Marqot Robbi, Kendll Cenner, Dakota Conson, Meril Strip, Cessika Bill, Şeron Stoun kimi məşhurlar gecəyə qara geyimdə qatılıblar.
Buna səbəb isə məşhurların prodüser Harvi Ueynşteyn haqqındakı cinsi zorakılıq iddiaları əleyhinə birləşməkdir.
Hollivud ulduzları təcavüz əleyhinə etirazlarını bildirmək üçün qabaqcadan sözləşdikləri kimi gecəyə qara libaslarda yollanıblar.