Aktrisa-müğənni Mayli Sayrus və sevgilisi Liam Xemsvort Avstraliyada dincəlirlər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı aktrisa ilə 28 yaşlı sevgilisi çimərlikdə paparazzilərə tuş gəlib.
Ağ bikinidə olan Mayli ideal bədəni ilə diqqət çəkib. Liam da bədən quruluşu ilə daim idmanla məşğul olduğunu nümayiş etdirib.
Gizlicə ailə qurduğu iddia edilən cütlük çimərlikdə uşaqlar kimi əyləniblər.