Cəsarətli paylaşımları ilə tez-tez gündəmə gələn aktrisa və model Demi Rouz maraqlı açıqlama verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, izləyicilərinin sayı 6 milyon olan 22 yaşlı aktrisa bir müddət əvvəl həyatında heç kimin olmadığını desə də, hazırda dicey Kris Martinezlə sevgili olduğunu söyləyib.
Cütlük hətta tədbirlərdən birində öpüşərkən görüntülənib.
Qeyd edək ki, Rouzun adı sonuncu dəfə reper Dreyklə hallanıb.