Çəkdiyi fotolarla ilkə imza atdı

Çəkdiyi fotolarla ilkə imza atdı
4096 dəfə oxunub
  • A-
  • A
  • A+
Fotoqrafçı Haley Morris Kafiero küçədəki gənclərin kök insanları gördükdə hansı reaksiyanı verməsini göstərmək üçün maraqlı addım atıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kök insanın rahatsız olduğu yerlərdə şəkilllərini çəkməyə başlayıb.

Bununla dünyada ilkə imza atan Haley ilk dəfə belə bir fikrə ətrafdakılarının ona baxmasından sonra gəldiyini bildirib:

“İnsanlar çəkim haqda həmişə nəsə deyirdi. Amma bunu layihə halına salmaq ağlıma gəlmirdi”.

Fotoqrafçı kök insanı telefonla danışarkən, çimərkən, yemək yeyərkən və digər yerlərdə çəkib. Morris bununla kök insanların da hamı kimi normal işlə məşğul olduğunu göstərməyə çalışıb.

O, çəkdiyi şəkillərdən insanların xəbərsiz olduğunu vurğulayıb.