86 yaşlı aktrisa Rita Moreno “Oskar” mükafatlandırma gecəsinə 56 il əvvəl geyindiyi paltarın oxşarında qatılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa bir daha əfsanə olduğunu nümayiş etdirib. Hələ də gənc olduğunu nümayiş etdirən Moreno qırmızı xalıda rəqs etməkdən belə çəkinməyib. Rita 1962-ci ildə “Oskar” gecəsində geyindiyi libasın alt qismini yenidən geyinib. Aktrisa bu addımı ilə böyük maarq doğurub.