Övladlarınızı etibar edə biləcəyiniz “Nömrə 1” uşaq bağçası açıldı - fotolar

Övladlarınızı etibar edə biləcəyiniz “Nömrə 1” uşaq bağçası açıldı -  fotolar
3207 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda “Nömrə 1” uşaq bağçasının açılış mərasimi olub. 

Axşam.az-ın məlumatına görə, “Nömrə 1” uşaq bağçasında təhsil təcrübəli pedaqoqlar tərəfindən müasir proqram və metodika əsasında Azərbaycan Təhsil Nazirliyinin məktəbəqədər proqramına uyğun şəkildə aparılır.

Təhsil proqramının hədəfi uşaqların intelektual, emosional və fiziki təlimlərini onların inkişaf psixologiyalarını nəzərə alaraq həyata keçirməkdir. Bağçada 1-5 yaşlı uşaqlar Rus və Azərbaycan bölməsi üzrə götürülür. Sentyabrdan etibarən İngilis bölməsi də fəaliyyətə başlayacaq.

Övladlarınızı tam əminliklə etibar edə biləcəyiniz “Nömrə 1” uşaq bağçasında hər bir şərait yüksək səviyyədə təşkil edilib. Bunun üçün ilk növbədə qidalanmaya diqqət edilir. Düzgün və kefiyyətli qidalanma uşaqların həm fiziki, həm də zehni inkişafı üçün əsas amillərdən biridir. Buna görə də bağçada uşaqların qidalanmasında təbii və kefiyyətli məhsullardan istifadə edilir. Qidalanma uşaqların günlük bədənsəl tələbatlarını nəzərə alınaraq dəqiq rejimlə aparılır. İstifadə olunan yemək və qidaların sağlam və standartlara uyğun olmasına həkim tərəfindən nəzarət edilir.

Bağçada qidalanma gün ərzində 5 dəfə nəzərdə tutulub:

Səhər yeməyi

Meyvə saatı

Nahar

Şirniyyat saatı

Şam yeməyi

Tədris proqramına daxildir:

Savad təlimi

Nitqin inkişafı

Sadə riyazi anlayışlar

Məntiqi təfəkkürün inkişafı

Ətraf aləmlə tanışlıq

İntelektual oyunlar

Uşaq ədəbiyyatı

Əmək

Musiqi

Rəsm

Fiziki tərbiyə

Valideynlərin diqqətinə!

Proqramdan əlavə pulsuz İngilis və Rus dili kursu, ödənişli dərnəklərdən 1-ni seçmək imkanınız da olacaq. Bu dərnəklər aşağıdakılardır:

Şahmat
Robotis Dream
Rəqs
Üzgüçülük
Gimnastika



Uşaqlara psixoloq və həkim nəzarət edəcək. Eyni zamanda övladlarınız gəzintilərə aparılacaq, sosial tədbirlərə qatılacaqlar.

Bağçanı bitirən uşaqlara "WISC-R" zəka testinin tətbiqi və IQ, EQ qiymətləndirmə ediləcək.

Övladlarınızın təhlükəsizliyindən əmin olmaq üçün kamera ilə onlara nəzarət edə bilərsiniz.

Eyni zamanda "Nömrə 1" uşaq bağçası uşaqlarınızın güvənliyini təmin etmək üçün yüksək səviyyəli təhlükəsizlik sistemi ilə təchiz olunub. Bu səbəblə bağça onlara əmanət etdiyiniz körpələrin sağlamlığını təmin etmək üçün təhlükəsizlik sisteminə aşağıdakıları daxil edir.

24 saat fəaliyyət göstərən təhlükəsizlik kameraları

Yanğından ilkin xəbərdarlıq üçün siqnalizasiya sistemi

Qoruma çənbəri ilə əhatə olunmuş oyun sahəsi

Yıxılma təhlükəsinə qarşı yumşaq döşəmə

Təhlükəsiz öyrənmə mühiti

Körpələrin bağçaya qəbulu və təsliminə ciddi nəzarət.

Açılış mərasimində şou-biznes nümayəndələri də iştirak ediblər. Onlar məkanın təhlükəsizliyindən danışaraq, gələcəkdə övladlarını bura gətirəcəklərini bildiriblər.

Ünvan: Rüstəm Rüstəmov 23 (Neftçilər metrosundan "Xəzə"r Universitetinə düşən yol, "Azza"nın yanı)

Tel.:  (012) 571 09 09,

Mob.: (070) 666 09 09