Müğənni Şəbnəm Əsədova (Tovuzlu) 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində konsert verib.
Axşam.az-ın məlumatına görə, tədbir 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunub. Məhkum xanımlar üçün mahnı oxuyub, onlarla birlikdə rəqs edən sənətçi səhnəni Sahib İbrahimovla bölüşüb.
Konsertin aparıcılığını Aytəkin Mərdanova edib.
Ş.Əsədova bir müddət əvvəl haqqında yayılan "Fədayə Laçının yanına getmərəm" xəbərinə də münasibət bildirib:
"Guya belə söz demişdim. Mən dedim ki, Fədayəni həbsxanada görə bilmərəm, ürəyim dözməz. Amma Fədayəyə hər zaman dəstəyəm, nə lazım olsa edərəm".