Meksikalı aktrisa Salma Hayek 90-cı “Oskar” mükafatlandırma gecəsinə həyat yoldaşı Fransua-Anri Pino ilə birlikdə qatılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük qırmızı xalıda fotoqraflara poz verib. Diqqətçəkən məqam isə Salmanın geyimi olub. Çəhrayı qat-qat libas seçimi edən aktrisa aksesaur kimi paltarın öz bəzəyindən istifadə edib. “Gucci”dən hazırlanmış libas sosail şəbəkə izləyiciləri tərəfindən bəyənilməyib. Onlar bu geyimi “zövqsüz” adlandırıblar. Hayekin bəzək əşyaları və çantası “Harry Winston”dan olub.