Məşhur aktrisanın "Oskar"ını oğurladılar

Məşhur aktrisanın "Oskar"ını oğurladılar
762 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Oskar” mükafatlandırma gecəsində “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olan Franses MakDormand bu qalibiyyətinə sevinə bilməyib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisanın heykəlini oğurlayıblar. Mükafatlandırma gecəsindən sonra şam qonaqlığı verilən restoranda çalışan Brayant adlı şəxs heykəlciyi oğurlayıb məkandan çıxmaq istəyib. Bu zaman fotoqraf Antonio Diaz onun şübhəli davranışlarını görüb mühafizəçilərə xəbər verib.

Oğurluq cinayəti üstündə həbs edilən Brayantın Beyons, Kristen Stüart, Halle Berri kimi məşhurlarla fotoları da üzə çıxıb. Heykəl Dormanda geri qaytarılıb.