Məşhur aktrisa gizlicə ərə getdi - fotolar

Məşhur aktrisa gizlicə ərə getdi - fotolar
1777 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Sandra Ballok uzun müddətdir eşq yaşadığı sevgilisi Brayan Randalla gizlicə ailə qurub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı aktrisa özündən bir yaş balaca sevgilisi ilə Los-Ancelesdə qəhvə içərkən görüntülənib.

Paparazzilərə tuş gələn cütlüyün barmağında nişan üzüyü olub. 
 
Qeyd edək ki, Sandra 2005-ci ildə Cessi Ceymslə ailəli olub. Bu nikah 5 il davam edib və onlar 2010-cu ildə boşanıblar. Aktrisa Brayanla 2015-ci ildən bərabərdir.