Bir günlük "qadın oldu"... - fotosessiya

Bir günlük "qadın oldu"... -  fotosessiya
7633 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşqçi Xəqani Səlimov maraqlı bir layihəyə imza atıb. O, Beynəlxalq Qadınlar Bayramı ilə əlaqədar fotosessiya etdirib.
 
Axşam.az-ın məlumatına görə, məşqçi bir neçə saatlıq xanımların evdə gördüyü işləri həyata keçirməyə çalışdığını bildirib:

“Kişilər, qadınların dəyərini bilin! Onların gördükləri işləri kiçiltməyin. Qadın olmaq çox çətin bir şeydir. Hərdən biz kişilər xanımların gördüyü işləri ciddiyə almırıq. Ancaq mən bir günlük təcrübəmdə bunun nə qədər çətin bir şey olduğunu gördüm. İstər uşaq baxmaq olsun, istər yemək bişirmək, qab yumaq...  Hər biri ayrı-ayrılıqda çox böyük səbr tələb edən əziyyətli və ağır işlərdi. Əminəm ki, bunları kişilər çox çətinliklə görə bilər. Bunun üçün də qadınların dəyərini bilmək lazımdır. Mustafa Kamal Atatürkün gözəl bir sözü var: “Yer üzündə gördüyünüz hər gözəl şey qadınların əsəridir”.

Fotoları Həmid Həmidli lentə alıb.