Fidan Hacıyeva ana olduqdan sonra necə arıqladı?

Fidan Hacıyeva ana olduqdan sonra necə arıqladı?
11462 dəfə oxunub
  • A-
  • A
  • A+
Opera ifaçısı Fidan Hacıyeva formada qalmasının sirrini açıb.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan sənətçi ana olduqdan sonra necə arıqlamasından danışıb:

“Ana olandan sonra qısa vaxtda formaya düşdüm. Bunu idman vasitəsilə bacardım. Bir gün aerobika, bir gün trenajorla məşğul oluram. Beləcə, qısa vaxtda əzələlərim yığıldı. Üz baxımına gəldikdə isə, İngiltərədən aldığım xüsusi yağdan istifadə edirəm. Çəhrayı rəngli yağdır, onu üzümə çəkib saxlayıram. Dərini yumşaldır, təravətləndirir, cavanlaşdırır. Bu yağı xaricdən gətizdirmək lazımdır. Heç bir kosmetik prosedurlara müraciət etmirəm”.