Gülayın gözəllik sirri

Gülayın gözəllik sirri
5755 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynalova baxımlı görünməsinin sirlərindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə müsahibəsində özünə baxmağı xoşladığını bildirib:

“Çox makiyaj etməyi sevmirəm. Amma hər gün şou-proqramda, çəkilişlərdə olduğum üçün buna məcbur qalıram. Bu səbəbdən üzümə qulluq edirəm. Evə gedəndə üzümü təmizləyir, maskalar edirəm. Yatmazdan əvvəl nəmləndirici krem çəkirəm. Dərim problemlidir. Buna görə də salona gedəndə öz makiyaj vasitələrimi aparıram. Saçlarıma qulluq edirəm. Çoxlu maskalar almışam, ev şəraitində vurdururam. Tez-tez saçlarım fenlənir, bu da onların xarab olmasına gətirib çıxarır”.