Türkiyəli aktyor Şükrü Özyıldız Rabia Нamanla olan sevgi münasibətini ötən ilin martında bitirmişdi.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, aktyor ötən gecə yeni sevgilisi ilə görüntülənib.
İstanbulun Hisarüstü bölgəsindəki evinə gələn Özyıldız avtomobildən enərkən fotoqrafların obyektivinə tuş gəlib.
Avtomobili idarə edən qadın isə paparazziləri görəndən sonra özünü itirib. Sevgilisi sürətlə həmin yerdən ayrılsa da, Şükrü “Xanım dostumdu, sevgilim deyil, yanlış heç nə yazmayın” deyə, jurnalistləri tənbeh edib.