Emin rusiyalı məşhurla Azərbaycan haqda mahnı oxudu

Emin rusiyalı məşhurla Azərbaycan haqda mahnı oxudu
778 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov və Maksim Fadeyev birlikdə duet oxuyub.

Axşam.az-ın məlumatına görə, müğənnilərin səsləndirdiyi "Мой Азербайджан" adlı mahnı "Youtube" kanalında yerləşdirilib.

"Sovet dövlətinin adamıyam. Bu da belə mahnı ərsəyə gətirməyimin ilk səbəbidir. Azərbaycanı Rusiyanı sevdiyim qədər sevirəm. Ora mənim üçün müxtəlif və mənə doğma olan insanların yaşadığı bir ölkədir.  Dostum Emin bu mahnını yazmağımı istədi. Çox xoşbəxt oldum" deyə Maksim bildirib.

Emin isə mahnı haqda fikirlərini bölüşərkən "Maksimlə studiyada olanda nəsə möhtəşəm bir şey alınacağını başa düşürsən. O, musiqi alətləri arxasında oturur, gözlərini yumur və bir az başını tərpədir və ifa etməyə başlayır. bu, qeyri-adiliyə ancaq o, sahibdir. Onun Bakıdakı konsertini səbirsizliklə gözləyirik" sözlərini deyib.

Qeyd edək ki, mahnının musiqisi Fadeyevə, sözləri Fadeyev və Olqa seryabkinaya aiddir.