Əllərimizin dərisi soyuğa və küləyə qarşı çox həssasdır. Qış aylarında əllərimizin dərisi quruyur, codlaşır və çatlayıb qanayır. Bunun üçün üz dərimizə qulluq etdiyimiz qədər, əllərimizin də qayğısına qalmalıyıq.

Axşam.az xarici KİV-ə istinadən xanımlara əlləri üçün maska təqdim edir:

Əgər dərinin həmişə ideal görünməsini istəyirsinizsə, onlara quluq edin. Qurumuş, qabıqlanmış və çatlamış əllər, dırnaq ətrafındakı kutikul pərdəsi heç də xoş görünmür. Bu, A və E vitamini çatışmazlığının göstəricisidir. Demək, sizin əllərinizə mütləq müalicə lazımdır. Bunun üçün...

Dəri soyuqdəyməsini aradan qaldırmaq üçün yulafla hazırlanmış məlhəm əla effekt verir. 1 yumurtanın sarısını 1 xörək qaşığı balla və 1 xörək qaşığı yulafla qarışdırıb, yarım saat saxlayın. Məlhəmi ələ sürtüb, yavaşca masaj et. 15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.
 
Məsləhət:

Zeytun yağını ələ sürtmək ideal yumşaqlıq və təmizlik verir.


                 

Digər