Xalq artisti Rusiyanın məşhur şousunda münsif oldu - Fotolar

Xalq artisti Rusiyanın məşhur şousunda münsif oldu - Fotolar
2002 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Elçin Əzizov Rusiyada yayımlanan "Maska" şousunda münsif kürsüsündə əyləşib. 

Axşam.az xəbər verir ki, opera ifaçısı bununla bağlı özü məlumat yayıb. O bildirib ki, NTV kanalında yayımlanan şounun dördüncü mövsümündə iştirakçı, beşinci də isə münsif olub:

"Bir il əvvəl NTV-də “Maska” şousunun 4-cü mövsümündə iştirak etdim. Bütün il mütəmadi olaraq ağlımda layihəyə, ayrı-ayrı mahnılara qayıdırdım. "Maska" şousunun 5-ci mövsümündə ilk dəfə ikinci yarımfinalda münsiflər heyətində çıxış etdim və sizə demək istəyirəm ki, bu, çox maraqlı təcrübə idi. Çəkilişlərə hazırlaşdım, əvvəlki epizodlara baxdım, ifaçıları təxmin etməyə çalışdım və bunu etmək çox çətin oldu. Etiraf edirəm, şou-biznesin müxtəlif sahələrinin nümayəndələrini yaxşı tanımıram. Amma məmnuniyyətlə həmişə bunun üzərində çalışıram. 

Sonra sürpriz oldu - mənim və sizin sevimli "Möhtəşəm Mandrill" (şoudakı obrazı - red.) artıq şounun finalında otaqda göründü. Bu, necə də gözəl idi, çox həzz aldım.

Bir daha demək istəyirəm - “Maska” şousu bizim televiziyada ən yaxşı şoudur! Bir il əvvəl o mənim həyatımda olduğuna və artıq 5-ci mövsümdə "Möhtəşəm Mandrill"imdən bu gözəl hissləri yenidən hiss etmək fürsətinə sahib olduğu üçün minnətdaram. Bütün iştirakçıları və əlbəttə ki, finalçıları, qalibi təbrik edirik. Şouya daha yüksək reytinqlər və daha möhtəşəm çıxışlar arzulayıram".

Qeyd edək ki, E.Əziziov "Maska" şousunun dördüncü mövsümündə "Mandrill" obrazı ilə çıxış edib. O, yarışmada dördüncü olub.