Məşhur aktyorun oğlu anasını döyüb - Foto

Məşhur aktyorun oğlu anasını döyüb - Foto
1142 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı aktyor Nikolas Keycin oğlu, aktyor Ueston anası, aktrisa Kristina Fultona hücum etməkdə ittiham olunub.

Axşam.az xəbər verir ki, aktrisa görüntülənərkən gözündə və üzündə yara izləri olduğu ortaya çıxıb. İddia olunur ki, ana və oğul arasında evdə dava düşüb və Ueston Kristinaya vurub.

Ueston hadisə yerindən qaçıb və polis onu hələ də saxlaya bilməyib. 

Kristina isə oğlu ilə bağlı ittihamları qəbul etmir və məsələ ilə əlaqədar gizlilik tələb edir. 

Qeyd edək ki, Nikolasın Uestondan başqa keçmiş həyat yoldaşı Elis Kimlə evliliyindən Kal-El Koppola adlı oğlu var. Onun beşinci həyat yoldaşı Riko Şibatadan Avqusta Françeska adlı qızı da dünyaya gəlib.