"Bayrağımızın mənasını bilmirlər" - Müğənniləri tənqid etdi

"Bayrağımızın mənasını bilmirlər" - Müğənniləri tənqid etdi
226 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Şəbnəm Tapdıq bəzi həmkarlarını tənqid edib.

Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi bəzi ifaçıların üçrəngli bayrağımızın mənasından xəbərsiz olduğunu bildirib:

"Bəzən ifaçılardan Azərbaycan bayrağındakı rənglərin nəyi tərənnüm etdiyini soruşuram, bilmirlər. Ayıb deyil? Azərbaycan vətəndaşı hər şeydən əvvəl bayrağımızın mənasını bilməlidir. Məşhur adam, müğənni bunu bilməlidir. Mən hətta türkün bayrağının necə yarandığını da bilirəm. Səfərlərə gedəndə mənə deyirdilər ki, ərizəmi yaz".