"Zəng" filmindəki "Samara Morqan" rolu ilə tanınan aktrisa Deyvi Çeyz vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 35 yaşında dünyasını dəyişib.
Həkimlər bu yaxınlarda aktrisaya meningit diaqnozu qoyublar. Həmçinin, onun bir neçə ciddi qan infeksiyası olub. Çeyzin ölümünü onun sevgilisi Roy Hernandez elan edib. O, cəmi bir həftə əvvəl ağır xəstəlikdən əziyyət çəkən aktrisa üçün ianə toplamaq üçün səhifəsi yaradıb. Hernandezin sözlərinə görə, infeksiya sepsisə (çürümə) səbəb olub.
Qeyd edək ki, Çeyz uşaqlıqdan aktyorluq karyerasına başlayıb. Səkkiz yaşında o, məşhur Amerika serialı "Yeniyetmə Cadugər Sabrina"də, eləcə də "Cazibədar", "Təcrübə" və "ER" ekran işlərində rol alıb. Onun kinodakı irəliləyişi "Disney" cizgi filmi "Lilo və Stiç"də baş personajlardan birini səsləndirməsi və məşhur "Zəng" qorxu filmindəki rolu ilə baş tutub.