Polis çəkiliş meydançasına basqın etdi, tanınmış aktyor saxlanıldı

Polis çəkiliş meydançasına basqın etdi, tanınmış aktyor saxlanıldı
234 dəfə oxunub
  • A-
  • A
  • A+

TRT Tabii-nin "Ateş denizi" serialının çəkiliş meydançasına polis basqın edib.

Axşam.az xəbər verir ki, ötən gün polislər ekran işinin Beykoz Kundura Fabrikasındakı çəkiliş meydançasına daxil olaraq baş rol aktyoru Erdem Kaynarcanı saxlayıblar.

Məlumata görə, polis əməkdaşları narkotik maddələrlə bağlı istintaq çərçivəsində səhnəyə hazırlaşmaq üçün karavanda olan aktyor oradan çıxarılıb. Erdemin iştirakı ilə onun avtomobilində axtarış aparılıb. Bildirilir ki, avtomobildə heç bir qanunsuz əşya aşkar edilməyib.

Aktyor ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Serialın çəkilişlərinə isə bir həftə ara verilib. 

İfadəsi alınan, qan və saç nümunələri götürülən aktyor daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Erdem "Yasak elma", "Ada masalı", "Annemizi saklarken", "Gül masalı", Hududtsuz sevda", "Alef" kimi məşhur seriallarda rol alıb.