ATV telekanalının adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, bu barədə aktyor Elcan Rəsulov sosial media hesabında paylaşım edib. Aktyor telekanalın adından müxtəlif kampaniyalar bəhanəsi ilə zənglər edilərək saxta məhsulların satıldığı ilə bağlı xəbərdarlıq edib.
"ATV heç bir onlayn yarışma keçirmir. Bunlar məhsul satmağa çalışan dələduzlardır. İl 2026-cıdır, amma hələ də belə zənglərə sadəlövhcəsinə inananlar var" deyə, Elcan bildirib.
