Dünyaca məşhur "Top Gear" və "The Grand Tour" şoularının əfsanəvi aparıcısı Ceremi Klarksona aqressiv xərçəng diaqnozu qoyulub.
Axşam.az xəbər verir ki, Klarkson xəstəliyi barədə ilk dəfə özünün "Klarksonun ferması" şousunun yeni buraxılışında həmkarları Kaleb Kuper və Çarli Ayrlendə danışıb. 66 yaşlı aparıcı bu diaqnozu may ayından bəri gizlətdiyini etiraf edib. O, xərçəng şişinin bədəninin məhz hansı hissəsində aşkarlandığını açıqlamayıb.
Klarksonun sözlərinə görə, o, yaxın günlərdə əməliyyatı olunmalıdır. Bu səbəbdən aparıcı müvəqqəti olaraq çəkilişlərə fasilə verməli olacaq. O, bu perspektivdən heç də məmnun olmadığını, lakin başqa çarəsinin qalmadığını vurğulayıb.