Azərbaycanlı prodüserin oğlu qapıçının burnunu sındırdı - Foto

Azərbaycanlı prodüserin oğlu qapıçının burnunu sındırdı - Foto
2080 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün  “Qarabağ”la keçirilən görüşdə zədələnən “Keşlə”nin qapıçı Şahin Zəkiyevin durumu ciddidir.

Axşam.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında məlumat verib.

O, qonaqların hesabı açdığı epizodda Mahir Mədətovla toqquşan qolkiperin burnunda və almacıq sümüyündə sınıq olduğunu bildirib.

Əhmədov gənc qapıçının təcili olaraq birbaşa meydandan xəstəxanaya aparıldığını deyib.

Qeyd edək ki, Mahir Mədətov tanınmış prodüser Anar Mədətovun oğludur.