Sevgilisi ilə ilk dəfə görüntüləndi - Fotolar

Sevgilisi ilə ilk dəfə görüntüləndi - Fotolar
1607 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Bülent Şakrak yeni sevgilisi ilə görüntülənib.

Axşam.az xəbər verir ki, aktyor həmkarı Esra Akpınarla məkanlardan birinə girərkən paparatsilərə tuş gəliblər.

Bülent keçmiş xanımı aktrisa Ceyda Düvenci ilə ayrılmasına səbəb olan qadının Esra olub-olmaması ilə bağlı sualı belə cavablayıb:

"Bizi tanıyan bilir, bilməyənlər də özləri bilər. Hər şey yaxşıdır".

Qeyd edək ki, Bülent əvvəl aktrisa Özge Borakla evlənib. Onlar 2010-cu ildə boşanıblar. O, 2015-ci ildə Ceyda Düvenci ilə ailə qursa da, ikili ötən ilin iyulunda boşanıb. Ceydanın bu nikahdan bir oğul, ilk evliliyindən isə bir qız övladı var.

Ceyda hazırda aparıcı Güçlü Mete ilə sevgilidir.