Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya
3812 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb.

Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hansı keçmiş sevgilim?" deyə, soruşub. Müxbir Afranı nəzərdə tutduğunu deyərək sualına "Bu münasibətin bitmə səbəbi çox danışıldı. Xəyanət iddiaları ilə bağlı nə demək istəyirsiniz?" deyə, davam edib.

"Bu məsələnin üstündən çox vaxt keçib. 2 il olub. Hər kəs öz həyatını yaşayır. Ürək sıxan sualları soruşmağa ehtiyac yoxdur. Mövzunu deşməyə ehtiyac yoxdur. Keçmişdə qalıb, üstündən illər keçib. Fırlanıb yenə eyni şeyi danışırıqsa, deməli, mediyada başqa bir şey yoxdur" deyə, Mərd açıqlayıb.

Qeyd edək ki, Afra ilə Mərd hazırda "Yalı çapkını" serialında rol alır. M.Yazıcıoğlu isə "Kızıl goncalar" serialında baş rollardan birini ifa edir.

Afra Mərdlə sevgili olarkən adı M.Ramazanla hallanmağa başlayıb. O, iddiaları yalanlasa da, bir müddət sonra Mərdlə 4 illik münasibətini sonlandırıb, M.Ramazanla sevgili olub.

Mərd Afradan sonra Dilan Çiçək Dənizlə münasibətdə olub və ayrılıb.