"Tamaşaçının zövqünü korlayırsan"

"Tamaşaçının zövqünü korlayırsan"
887 dəfə oxunub
  • A-
  • A
  • A+

"İnsan gərək tamaşaçısına hörmət etsin. Demirəm, hər dəfə geyimini dəyişsin".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Söhbət var" proqramında deyib. Xanəndə sənət adamlarının geyimlərindən danışıb:

"Səliqəli olmalısan. Xoşum gəlmir ki, durub evdən necə gəldi çıxırsan. Tamaşaçının da zövqünü korlayırsan. İncəsənət adamları həm baxımlı olmalıdır, həm də danışığı ilə nümunə olmalıdır. Demirəm, bizdən nümunə götürsünlər... Biz də sənət adamlarına baxıb, sevib gəlmişik. İnsan özünə baxmalıdır. 

Eləsi də var bütün günü estetik olur. Səs isə... Elə bil bir adam arxasında oxuyur".