Türkiyəli aparıcı-aktrisa Ceyda Düvencinin son açıqlaması müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, aktrisa iş yerlərində kişilərin çəkməcələrində qadın bezləri saxlamalı olduğunu deyib:
"Şirkətdə çalışan kişilər çəkməcələrində paketlər saxlamalıdırlar. Çünki bəzən istəmədiyi bir anda qadınların özəl günü ola bilir. Qadın işçi sizdən soruşanda ki, "Bezin var?". Onu cəkməcədən çıxarıb ona verə bilsinlər. O zaman həyat dəyişəcək".
Onun bu fikirləri sosial media izləyiciləri tərəfindən tənqid olunub.
Qeyd edək ki, Ceyda son olaraq "Sakla beni" serialında rol alıb.