"Bred Pittdən daha yaxşı aktyoram"

"Bred Pittdən daha yaxşı aktyoram"
370 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor İlker Aksum son açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, Hollivud ulduzu Bred Pittdən daha yaxşı aktyor olduğunu deyib.

"Elə bir görünüşüm var ki, istənilən rola uyğunam. Üzüm deformasiyaya uğradığından, mənfi rolları daha asanlıqla canlandırıram.

Təbii ki, Tarık Akan, Burak Özçivit və ya Kıvanç Tatlıtuğ qədər yaraşıqlı deyiləm. Məsələn, Kənan İmirzalıoğlu yanıma gələndə deyirəm ki, "Ay Kənan, uzaqlaş məndən. Ayağın qədər boyum var". Uzunboylu olmaq yaraşıqlı olmaq olmasa da, xarizma var. Mən də yaraşıqlıyam, amma Bred Pitt deyiləm. Lakin aktyorluqda Breddən daha yaxşıyam".

İlker hansı rolu heç vaxt canlandırmayacağını açıqlayıb:

"Sənətdə hər şeyə icazə verilmir və hədlər var. Məni təcavüzkar və ya pedofil obrazına layiq görsələr əsla oynamaram. Məsələn, hazırda oynadığım bir layihədə işgəncə verdim. Rolumun bir parçası olaraq bir qadına 10 dəqiqə ərzində qəddar yanaşdım. Bunu oynamaq zülm idi. İzləyəndə iyrənirəm, utanıram. Qatil də canlandıra bilərəm, amma əsla təcavüzkar və ya pedofil olmaz.

Atam əsgərdir, amma mən indi bir terrorçunu canalandırıram. Çox ağır səhnələr var. Qazla insanları yandırıram. Bu sizcə də çətin deyil?".

Qeyd edək ki, İlker hazırda "Teşkilat" serialında "Kambur"u canlandırır.