Yusif Eyvazov III Çarlzla bir arada - Fotolar

Yusif Eyvazov III Çarlzla bir arada - Fotolar
871 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Yusif Eyvazov Böyük Britaniya kralı III Çarlzla görüşüb.

Axşam.az xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub.

Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də yer alıb. Onlar birlikdə atların yarışını izləyiblər.

Y.Eyvazov bildirib ki, orada tamaşada çıxış edib:

"Azərbaycan Atçılıq Federasiyası tanınmış Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bəstələdiyi “Koroğlu” operasından ilhamlanaraq valehedici tamaşa nümayiş etdirdi. "Royal Windsor Horse Show" üçün xüsusi olaraq xoreoqrafiya edilmiş Azərbaycan komandasının çıxışından xoş təəssürat alan Kral III Çarlzla şəxsən görüşmək şərəf idi. Şouda 21 at və 60-dan çox rəqqasın heyranedici nümayişi olundu".

Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu 1-5 may tarixlərində Vindzor qəsrinin ərazisində keçirilib.

Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.