Builki “Jara” festivalında çıxış edən daha bir azərbaycanlı məşhurun adı bəlli olub.

Axşam.az xəbər verir ki, səhnəyə çıxanlar sırasında 2018-ci ildə Azərbaycanı “Eurovision”da təmsil edən Aysel Məmmədova da var.

O, 28 iyulda səhnə alacaq.

Qeyd edək ki, bu il festivalda Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Miri Yusif, müğənnilər Nigar Camal, İlqar Xəyal, Çingiz Mustafayev də çıxış edəcək.




                 

Digər