"Qadınlığımı, biznesimi itirdim"

"Qadınlığımı, biznesimi itirdim"
5100 dəfə oxunub
  • A-
  • A
  • A+

61 aktrisa Şeron Stoun hər dəfə paparassiləri görəndə onlarla mehriban davranmağa çalışıb.

Axşam.az xəbər verir ki, 2001-ci ildə beyin qanaması keçirən və uzun müddət ekranlardan uzaq qalan Hollivud ulduzu "Variety" dərgisinə müsahibə verib.

Stoun başına gələnlərdən, xəstəliyindən danışıb. "Hollivudun ən cazibədar ulduzu idim. Şahzadə Diana ilə mən çox məşhur idik. O, öldü, mən isə insult keçirdim. Hər ikimiz unudulduq. İnsanlar mənimlə qəddarcasına davrandılar. Onlar anlamadılar ki, insult qadın üçün nə qədər təhlükəlidir. Hər şeyimi itirdim. Biznesimi, yerimi itirdim..." deyə, Şeron söyləyib.

O, daha sonra insanlara məsləhət verib:

"Əgər başağrısından əziyyət çəkirsinizsə, həkimə gedin. Buna ötəri yanaşmayın. Çox insan bu hala etinasız yanaşdığı üçün ölür".