“Bir-iki nəfərə görə “efirdəkilər elədir” deməyin”

“Bir-iki nəfərə görə “efirdəkilər elədir” deməyin”
661 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı və müğənni Murad Arif son zamanlar şou-biznesdə yaşanan qalmaqallara münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, hadisələrdən təəssüfləndiyini bildirirərək bunları yazıb:

“Sizi and verirəm inandıqlarınıza.... Heç vaxt unutmayın ki, hər sahədə ləyaqətsiz və tərbiyəsiz adamlar var! 1-2 nəfərin sayəsində, "Artistlər belədir, Efirdəkilər elədir" fikrinə düşməyin... Bizim tayfa emosionaldır, ya hisslərini cilovlaya bilmir, ya da düşüncələrini... İnsan xisləti peşəyə baxmır. Tərbiyə, əxlaq, məsuliyyət, ciddiyət, namus, ehtiras insan dəyərləridir. İnsan xislətidir... Peşəylə əlaqəsi yoxdur. Məşhur sadəcə olaraq göz önündədir, ictimaidir...”.