Türkiyədə ən çox izlənilən filmlər sırasında yer alan “Yeddinci koğuştaki mucize” filminin yaradıcıları azərbaycanlı izləyicilərə təşəkkür edib.

Axşam.az xəbər verir ki, bu barədə “Nizami Cinema” məlumat yayıb. Bildirilir ki, ekran işinin Bakıda izlənmə sayı 101 min 500 nəfəri ötüb.

Qeyd edək ki, filmdə baş rolu Aras Bulut İynemli və Nisa Sofiya canlandırıb. Ekran işi Türkiyədə 4 milyondan çox izlənilərək, son 40 ildə ən çox izlənilən filmlər sırasında 10-cu yerdə qərarlaşıb.



                 

Digər