Tünzalə Ağayeva Rəşad Məcidin sözlərinə mahnı bəstələyib

Tünzalə Ağayeva Rəşad Məcidin sözlərinə mahnı bəstələyib
1238 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva “Get” adlı yeni mahnı bəstələyib.

Müğənni Axşam.az saytına açıqlamasında mahnının sözlərinin yazıçı-publisist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə məxsus olduğunu bildirib:

“Uzun müddətdir Rəşad müəllimə söz vermişdim ki, onun şeirlərindən birinə mahnı bəstələyəcəm. Nəhayət, bəstəm hazırdır. Mahnı “Get” adlanır. Lirikadır və vokal tələb edir. Çoxdandır bu ağırlıqda, vokal mahiyyətli mahnı hazırlamamışdım. Hələlik bu bəstəyə görə tamaşaçıları intizarda saxlayacağam. Mahnı payızda təqdim olunacaq. Yaz-yay fəsillərində ritmik mahnılar təqdim etməyi düşünürəm”.

R.Məcid isə mahnı ilə bağlı bunları deyib:

“Tünzalə xanım beş ildir mənə söz verib. Nəhayət, bəstə hazırdır. Maraqlı alınacağına inanıram”.