Dima Bilan yenidən Bakıya gəlir

Dima Bilan yenidən Bakıya gəlir
932 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı müğənni Dima Bilan Bakıda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, pop ifaçısı sentyabrın 25-də Heydər Əliyev Sarayında çıxış edəcək. Dima Bilan sevilən mahnılarını bu dəfə yerli pərəstişkarları üçün səsləndirəcək.

Xatırladaq ki, rusiyalı müğənni “Eurovision 2008”-də “Believe” ("İnan") mahnısı ilə qalib olub. O, Kabardin-Balkarın, Çeçenistanın, İnquşetiyanın əməkdar artistidir. Müğənni sonuncu dəfə Bakıya ötən ilin aprelində gəlmişdi.